Azərbaycanda azyaşlının əlində pirotexniki vasitə partladı - Ağır yaralandı

 Azərbaycanda azyaşlının əlində pirotexniki vasitə partladı - Ağır yaralandı

Biləsuvar rayonunda İlaxır çərşənbə günü azyaşlının əlində pirotexniki vasitə partlayıb və o, xəsarət alıb.

Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Y.Haqverdiyevin əlində pirotexniki vasitə partlayıb.

O, gözündən və göz ətrafı nahiyədən ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.

11:19 - 15 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin