Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Asayis.az "report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Zığ-Hövsan avtomobil yolunda piyada Qasımova Mehriban Yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.