Zabratda nişan məclisində faciə - 23 yaşlı oğlan öldü

 Zabratda nişan məclisində faciə - 23 yaşlı oğlan öldü

Bakı şəhəri, Sabunçu rayonunda spirtli içkidən zəhərlənən gənc ölüb.

Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 11-də gecə saatlarında Zabrat qəsəbəsindəki “Ayxan” şadlıq evində baş verib.

Burada keçirilən nişan mərasimində iştirak edən 2000-ci il təvəllüdlü K.Q. spirtli içkidən zəhərlənib və halı qəfil pisləşib. O, şadlıq evindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

10:49 - 13 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin