Azərbaycanda gənc qadın hoteldə öldü

 Azərbaycanda gənc qadın hoteldə öldü

Tovuzda hoteldən qadın meyiti tapılıb.

Asayis.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. İlkin araşdırmalar nəticəsində ölən şəxs - 2003-cü il təvəllüdlü X.Tağıyevanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - Eşqin Qasımov deyib.

10:39 - 13 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin