Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi, xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Asayis.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.