Bakıda kəskin tıxac - TIR sürücüləri yolu bağladı

 Bakıda kəskin tıxac - TIR sürücüləri yolu bağladı

Bakıda TIR sürücüləri yolda tıxaca səbəb olub.

Bir neçə TIR sürücüsü paytaxtın Heydər Əliyev prospektində, üzü şəhər istiqamətində sağ kənar zolağı bağlayıblar. Onların hansı səbəblə bunu etdikləri dəqiq bilinmir.

İlkin məlumata görə, sürücülərin etiraz əlaməti Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən alınan "İcazə" blankları ilə bağlıdır.

 

Hələlik aidiyyatı dövlət qurumları məsələyə münasibət bildirməyiblər. TIR-ların hansı şirkətə məxsus olduğu məlum deyil.

Qeyd edək ki, TIR sürücüləri sözügedən yolu gecə saatlarından bağlayıb.

Əldə etdiyimiz məlumata görə, yük maşınları "R qrup" şirkətinə məxsusdur. Şirkətin bundan əvvəl də oxşar əməllər törədib. Hətta bu hərəkətlərinə görə bir neçə də inzibati həbs də olub.

 

 


10:01 - 17 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin