Sevgi mövzusu hər zaman maraq kəsb edib. Hər kəsin özünə görə sevgi hekayəsi var. Bu dəfə deputatlar öz ilk sevgilərindən danışıb.
Deputat Aydın Hüseynov: “Mənim üçün ilk sevgi ana və vətəndən başlayır. Qadına qarşı olan sevgiyə gəldikdə isə mənim ilk sevdiyim qadın evimizdədir. Düşünürəm ki, əksər kişilərdə bu belədir”.
Deputat Hikmət Babaoğlu: “Mən ilk sevdiyim qadını hər gün evdə gördüyümə görə, elə olduğu kimi də xatırlayıram”.
Deputat Tahir Kərimli: “Elə ömründə bir dəfə sevmişəm, o da indiki həyat yoldaşımdır. Bu yaşımda ona həsr etdiyim şeirlər, onlarla çəkdiyim rəsmlər buna əyani sübutdür”.