Tərtərdə 34 yaşlı kişi minaya düşüb

 Tərtərdə 34 yaşlı kişi minaya düşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda sakinin minaya düşməsi ilə bağlı açıqlama yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Asayis.Az-a verilən məlumata görə, 2023-cü il 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb.

Hadisə ilə bağlı qurum tərəfindən araşdırma aparılır.

Araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

15:37 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin