Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd edib.
Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində qeydə alınıb.
Dünən axşam saatlarında 2001-ci il təvəllüdlü Şəmkir sakini E.Q. Gəncədə inşa edilən binalardan birinin 3-cü mərtəbəsinə çıxaraq özünü aşağı atmaq istəyib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.
Polis şöbəsinə gətirilən E.Q.-dan intihara cəhdinin səbəbi soruşulub. O isə cavabında bildirib ki, 8 Mart bayramı münasibətilə sevdiyi qıza gül buketi alıb. Lakin qız buketi qəbul etmədiyi üçün bundan təsirlənərək özünü öldürmək istəyib.
Polis əməkdaşları tərəfindən gənc oğlanla profilaktik söhbətlər aparılıb.