29 yaşlı futbolçu məşq zamanı huşunu itirərək öldü - FOTO

 29 yaşlı futbolçu məşq zamanı huşunu itirərək öldü - FOTO

Cənubi Afrika Respublikasının "Riçards Bay" klubunun 29 yaşlı futbolçusu Sifamandla Mtolo məşq zamanı huşunu itirərək dünyasını dəyişib.

Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi saytı açıqlama yayıb.

Bildirilir ki, hadisə martın 7-də səhər saatlarında baş verib.

Futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci ilin sentyabrından "Riçards Bay"da çıxış edirdi.

11:19 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin