Şəkidə 28 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Asayis.az-ın məlumatına görə, rayonun Aşağı Göynük kəndində 1994-cü il təvəllüdlü kənd sakini Səxavət Balacayev Cumakənd kəndi ərazisində işlədiyi evin həyətində ağac kəsərkən yıxılıb. Kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə S.Balacayev aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.