Kəsdiyi ağac üzərinə aşdı, öldü

 Kəsdiyi ağac üzərinə aşdı, öldü

Şəkidə 28 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Asayis.az-ın  məlumatına görə, rayonun Aşağı Göynük kəndində 1994-cü il təvəllüdlü kənd sakini Səxavət Balacayev Cumakənd kəndi ərazisində işlədiyi evin həyətində ağac kəsərkən yıxılıb. Kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə S.Balacayev aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

18:00 - 8 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin