"Eurovision" təmsilçimiz Samirə Əfəndi hücuma məruz qalıb.
Asayis.Az-ın xəbərinə görə, o, bu barədə instaqram hesabında paylaşım edib.
Onun sözlərinə görə, "Hyundai" markalı 77-DV-916 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müğənninin avtomobilinə tüpürüb, onu təhqir edib:
"Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi əcnəbilərdir. Buna göz yum, buna sus olmaz. Artıq bəsdir!
"Bolt" və "Uber", siz sürücüləri nəyə əsasən işə götürürsünüz? Sürücülük vəsiqəsi varsa, olar? Məncə, sürücülük vəsiqəsi verilmədən əvvəl bu sürücülər psixoloji testlərdən keçməlidir. Mənim kimi səbrli insanı səbrsiz, əsəb xəstəsi ediblər. Etdiyim şikayəti nə geri götürəcəyəm, nə də boş verəcəyəm.
Bu səfər bəsdir. Pəncərəni açıb söyüş söymək, tüpürmək, siqaret, zibili çəkib pəncərədən atmaq, hara kimi? Bunlara niyə bu qədər sərbəstlik verilib?! Polislərimizdən xahiş edirəm ki, şikayətim üzrə tədbir görülsün. Bura gəlirsən bir dərd, gedirsən bir dərd. Məncə, qadınlara qarşı bu qədər hörmətsizlik, bu qədər şiddət bitsin. Şokdayam".
İfaçı hadisə ilə bağlı polisə müraciət etdiyini bildirib.