Bakıda dünyanın ən hündür bayraq dirəyi hazırlanır. Layihəni Türkiyənin “Çimtaş” şirkəti həyata keçirəcək.
Belə ki, Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacaq. Bundan əvvəl isə dirəyin uzunluğu 162 metr idi. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq. İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin Çimtaş şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir.
Xatırladaq ki, 5 ildir Dövlət Bayraq Meydanında bayraq dalğalanmır, səbəbinin isə dirəyin küləyə davamlı olmaması göstərilirdi. Dövrü mətbuatda layihəyə 30 milyon manatdan çox vəsaitin xərcləndiyi bildirilirdi.