Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda IVECO markalı sərnişin avtobusunun yanması ilə bağlı məlumat verib.
Qeyd olunub ki, avtobusun yanar hissələri yanıb, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***09:51
Bakıda sərnişin avtobusu yanıb.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən "Meyvəli" bazarı istiqamətinə hərəkətdə olan "İveco Otoyol" markalı 90-LR- 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb.
Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.
Qeyd olunan yolda hərəkət tam bərpa edilib.
***08:48
Bakıda sərnişin avtobuslarından birini alışaraq yanıb.
Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Xocəsən-Sədərək yolunda qeydə alınıb.
Yanğın hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yoxdur.