BNA bu küçədə qanunsuz cərimələr yazır? - Sürücülər narazıdır - FOTO

 BNA bu küçədə qanunsuz cərimələr yazır? - Sürücülər narazıdır - FOTO

Sürücü Elnur Quliyev BNA-nın ona yazdığı "dayanma-durma qadağandır" - 2078366 protokollu cəriməsindən narazıdır.

Vətəndaşın iddiasına görə, həmin nişanın orada qoyulmasının qeyri-qanuni olması üzə çıxıb və cərimə yazılandan sonra nişan oradan götürülüb. Söhbət Həsən Seyidbəyli küçəsi 14 ünvanında qoyulan nişandan gedir. Sürücünün iddiasına görə, orada sol tərəfdə "dayanma-durma qadağandır" nişanı qoyulub və nişandan cəmi 20-30 metr qabaqda yol ayrıcıları mövcüddur. Sürücünün maşını saxladığı ərazi isə nişandan 100-150 metr irəlidir.

Sözügedən ərazidə avtomobilini saxlayan çoxsaylı sürücü ilə söhbət zamanı onların da bu absurd qərardan narazı olduqları üzə çıxıb. BNA-nın bu duruma aydınlıq gətirəcəyinə ümid edirik.


11:01 - 15 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin