Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib - VİDEO

 Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib - VİDEO

Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk və market aşkar edilib.

Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb. Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyekt aşkar edilib. Həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Sumqayıt şəhərində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər bundan sonra da davam etdiriləcək.

17:59 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin