Filippinin Mindanao adasında 5,4 bal gücündə zəlzələ baş verib.
Asayis.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri Kompostela şəhərindən 23 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.