Mehdiabadda müəllim şagirdə döşəmə sildirdi - VİDEO

 Mehdiabadda müəllim şagirdə döşəmə sildirdi - VİDEO

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə müəllimi tərəfindən döşəmə sildirilib. 

Asayis.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, məktəbin şagirdi həmin gün dərsə bir neçə dəqiqə gecikib. Daha sonra müəllimi Cəmilə Quliyeva şagirdə cəza vermək məqsədilə ona məktəbin dəhlizini sildirib, hələ bu azmış kimi hadisəni videoya da çəkib.

Yayılan görüntülərdə müəllim baş verən hadisənin doğruluğunu özü təsdiqləyib. O, qeyd edib ki, bu məktəbin daxili qayda-qanunlarından biridir. 

Hadisə ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Abşeron-Xızı Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda regional idarənin əməkdaşları sözügedən məktəbdədirlər:

"Əməkdaşlarımız həmin məktəbdə araşdırmalar aparırlar. Müəllim barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq tədbir görüləcək".

13:22 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin