Orxan Məmmədov SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.
SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunan Orxan Əli oğlu Məmmədov peşəkar iş fəaliyyətinə 2005-ci ildə Şah Dəniz- 1 TPG-500 platformasının tikinti quraşdırma layihəsində başlamış, sonradan fərqli illərdə Çıraq platfomasının inşaatında çalışmışdır.
O, Tacikistanda Nurek HPP yenidənqurma, Qazaxıstanda Mis-mədən və Mərkəzi Afrikada Gabon İnfrastruktur layihələrində, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan Qatari-Diar təşkilatının Düşənbə İnkişaf proqramında Keyfiyyət, Sağlamlıq , Əməyin Təhlükəsizliyi , Ətraf Mühitin Mühafizəsi (KSƏTƏMM) üzrə rəhbər vəzifələrdə çalışmışdır.
O.Məmmədov İraq, Türkiyə və Gürcüstanda neft-qaz layihələrinin tender proseslərinin icrasında beynəlxalq KSƏTƏMM experti kimi işləmiş, daha sonra ölkəmizə qayıdaraq 2014-2019-cu illər ərzində Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan "Azertexnolayn" zavodlar kompleksinin (ATL) KSƏTƏMM üzrə department rəhbəri vəzifəsində çalışmışdır.
Onun rəhbərliyi ilə 2015-ci ildə ölkəmizdə yerli şirkətlər içərisində ilk dəfə ATL Amerikan Neft İnstitutunun (API) sertifikasiya auditini uğurla keçərək monoqram işlətmə hüququ və sertifikatlar qazanmışdır.
O, 2019-2020-ci illərdə SOCAR AQS şirkətində KSƏTƏMM üzrə Baş direktorun müavini, 2020-2021-ci illərdə SOCAR Baş ofisdə SƏTƏMM departamentinin rəis müavini, rəisi vəzifələrində işləmişdir.
Hazırda yeni təyinatdan sonra ictimai əsaslarla eyni vəzifəni icra etməkdədir.
Bakı İslam Universitetinin Teologiya ixtisası üzrə məzunu olmuş, hazırda İngiltərənin York universiteti MBA təhsili almaqdadır.
Beynəlxalq idarəetmə sistemləri üzrə Sertifikatlı Auditorların Beynəlxalq Reyesteri (IRCA) qeydiyyatlı Baş auditor, eləcə də IOSH ve NEBOSH kimi beynəlxalq qurumların Leadership Excellence Diplomlarına sahibdir.