Qubanın bu kəndində işıq dirəkləri təhlükə saçır - FOTO

 Qubanın bu kəndində işıq dirəkləri təhlükə saçır - FOTO

Qubanın Raziyələr kəndinin sakinləri narazıdırlar.

Asayis.Az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb sovet dövründən qalma işıq dirəkləridir. 

Bildirilir ki, işıq dirəkləri artıq çürüyüb və həyat üçün çox təhlükəli vəziyyət yaranıb.

Sakinlər deyirlər ki, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara məlumat veriblər. Lakin heç bir yenidənqurma işi aparılmayıb. Vəziyyət isə günü-gündən daha da ciddi hal alır.

Baş verə biləcək təbii fəlakət, yaxud da digər bədbəxt hadisələrinsə necə ciddi fəsadlara yol açacağı sirr deyil. Hazırda kənd sakinlərinin tək istəyi dirəklərin yeniləri ilə əvəz olunmağıdır.

11:37 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin