Marketdə gözətçinin əl-ayağını bağlayan şəxs tutuldu

 Marketdə gözətçinin əl-ayağını bağlayan şəxs tutuldu

Gəncədə tanınmış “Megastore” mağazasında quldurluq edən şəxs tutulub.

Asayis.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Rəsmi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirmiş, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6040 dollar və 18 100 rubl olan seyfi aparmışdı. Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılmışdı.

11:29 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin