Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir - VİDEO

 Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir - VİDEO

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş-leytenant Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.

Asayis.Az xəbər verir ki, şəhidin nəşi hazırda Bakı şəhərində yerləşən MİDA yaşayış kompleksindəki evinə gətirilib.

Bu barədə məlumat BAKU.WS-in “Qaynar xətti”nə daxil olub.

Vida mərasimindən sonra Ş.Əlibəylinin nəşi II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər.

Baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

11:22 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin