Bakıda kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb

 Bakıda kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Südçülük sovxozu ərazisində 1964-cü il təvəllüdlü Teymurov Rafiq Rüstəm oğlu qardaşı oğlu ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki o, qardaşı oğlu ilə ailə-məişət zəminində mübahisə edib.

Faktla bağlı araşdırma aparılır.

10:07 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin