Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib.
Asayis.Az apa-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.