Tovuzda ikimərtəbəli ev yandı

 Tovuzda ikimərtəbəli ev yandı

Tovuzda ikimərtəbəli evdə yanğın olub.

Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin tavanı 30 m² sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:00 - 4 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin