Tovuzda ikimərtəbəli evdə yanğın olub.
Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin tavanı 30 m² sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.