Uşaqlarına əsəbiləşən qadın özünü bıçaqlayıb

 Uşaqlarına əsəbiləşən qadın özünü bıçaqlayıb

İsmayıllıda qadın özünü bıçaqlayıb. Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1990-cı il təvəllüdlü A.İsayeva (şərti) atasına məxsus evdə özünü qarın nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilmiş qadının vəziyyəti orta-ağırdır.

İlkin araşdırma zamanı 33 yaşlı qadının evdə övladlarına əsəbləşməsi nəticəsində özünə xəsarətlər yetirməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

12:21 - 3 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin