Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi

 Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi

Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib.

Asayis.az xəbər verir ki, bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Xatırladaq ki, Nuridə Seyidovanın talassemiyadan əziyyət çəkən uşaqların əməliyyat edilməsinə dəstək adı ilə valideynlərin külli miqdarda vəsaitini mənimsədiyi haqqında şikayətlər daxil olmuşdu: valideynlərdən biri - Tural Nəsmiyev oxu.az-a müraciət etmişdi.

13:25 - 1 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin