Bakıda “Mercedes” "Prius"a çırpıldı - FOTO

 Bakıda “Mercedes”

Paytaxtın Xətai rayonunda yol qəzası baş verib.

Asayis.az apa-ya istinadən xəbər verir ki, yol qəzası Yusif Səfərov və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı maşının sürücüsü Sərxan Mirzəyev yüksək sürətlə kəsişmədə olan “Toyota” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Yol Polis Patrul xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

09:45 - 1 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin