Epilepsiyası olan uşaq üçün təcili yardım maşını göndərilmədi - İDDİA - VİDEO

 Epilepsiyası olan uşaq üçün təcili yardım maşını göndərilmədi - İDDİA - VİDEO

"Növbə ərzində 3 həkim briqadası olur və 3 təcili tibbi yardım maşını həkim komandası ilə çalışır. Çağırış olan zaman həkim briqadaları çağırışda olduğuna görə həmin ünvana getmək mümkün olmayıb".

Bu barədə BAKU.WS-ə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, briqada gələn kimi ünvana gediləcəyi barədə vətəndaşa məlumat verilib: "Video çəkiliş zamanı təcili tibbi yardım maşınları isə həkim briqadası olmayan maşınlardır. Briqadası olan maşınlar həmin an çağırışlarda olub".

***14:39

Mingəçevirdə qızdırması olan azyaşlı üçün təcili tibbi yardım maşını çağırılsa da ona yardım üçün heç kim gəlməyib.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, epilepsiyası olan 2008-ci il təvəllüdlü Sadıqov Əbəlfəz Rahib oğlu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından heç bir maşın hərəkət etməyib. Bu iddianı azyaşlının valideyni Sadıqova Ətrabə Adil qızı səsləndirib. Ona xəstəxanadan bildirilib ki, təcili tibbi yardım maşınları xarab olduğu üçün övladını şəxsi avtomobillə tibb ocağına gətirsin.

Qızdırması olan övladını taksi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirən ana tibb ocağında təcili tibbi yardım maşınlarının sıra ilə dayanmasının şahidi olub. Qadın belə bir iddia irəli sürür ki, təcili tibbi yardım maşınları saz vəziyyətdə olsalar da onlar yardım üçün çağırış gələn ünvana göndərilməyiblər.

Məsələ ilə bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdik. Xəstəxanadan bildirildi ki, iddia araşdırıldıqdan sonra açıqlama veriləcək.

18:00 - 28 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin