Azərbaycanda qadınlar minaaxtarma əməliyyatlarına cəlb olunub

 Azərbaycanda qadınlar minaaxtarma əməliyyatlarına cəlb olunub

Azərbaycanda qadınların minaaxtarma əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda proses seçim mərhələsidir:

"Qadınların ərazilərdə minaaxtarma əməliyyatlarına cəlb olunması üçün bir müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar".

16:19 - 28 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin