Azərbaycanda tələbə faciəvi şəkildə öldü

 Azərbaycanda tələbə faciəvi şəkildə öldü

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Sahil küçəsində baş verib.

2003-cü il təvəllüdlü Qazax rayon sakini və Mingəçevir Dövlət Universitetinin tələbəsi Vüsal Hüseynov yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

16:30 - 27 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin