Ukraynada müharibə davam edir.
Asayis.Az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün Kiyev də daxil olmaqla Ukraynanın Belarusla sərhəd vilayətləri yenidən dronlarla hücumlara məruz qalıb.
“Dronların əksəriyyəti havada ikən zərərsizləşdirilsə də, bir neçəsi enerji infrastrukturuna zərər verib”, - deyə jurnalist əlavə edib.
Məlumata görə, Xerson və Nikolayev vilayətlərinə də hücumlar olub.
“Xerson şəhərində azərbaycanlıların sıx yaşadıqları məhəllə də raket hücumuna məruz qalıb. Onların bir neçəsinin mənzilinə ziyan dəyib”, - deyə M.Aslanov qeyd edib.
O da bildirilib ki, Belarusdan gözlənilən raket hücumu ilə bağlı hələ də uzunmüddətli hava həyəcan siqnalının verilməsinə davam edilir.
Daha ətraflı Baku TV-nin süjetində: