Narkoşəbəkələrin 38 üzvü saxlanılıb- FOTO/VİDEO

 Narkoşəbəkələrin 38 üzvü saxlanılıb- FOTO/VİDEO

Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı üç mütəşəkkil dəstə, o cümlədən 38 nəfər saxlanılıb.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən 174 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və altı min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Əməliyyatlar zamanı saxlanılan şəxslərdən Malik Ağayev, Kənan Cəfərov, tanışı Alışan Qədirov, Ramil Kərimov və Samir Mahmudov ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar. Onlardan Yevlax rayonunda saxlanılan Ramil Kərimovun Gəncə-Qazax regionunda narkotik vasitələrin paylanmasını təşkil edən əsas şəxslərdən biri olduğu müəyyən edilib. Ramil Kərimov diqqət çəkməmək üçün narkotik vasitələri Yevlax rayonunda yerləşən qəbiristanlıqda gizlədib.

 

Astara rayonunda 40 kiloqram narkotik vasitə ilə saxlanılan Malik Ağayevin isə külli miqdarda heroin, metamfetamin və marixuananı İranda yaşayan narkotacirin əmri ilə satmaq məqsədi ilə paytaxt ərazisinə göndərməyi planlaşdırdığı müəyyən edilib.

15:09 - 27 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin