Türkiyəli müğənni Ceylan Ertem zəlzələdən qorxduğu üçün İstanbulu tərk edib.
Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi həmyerlilərini də şəhəri tərk etməyə səsləyib:
"Çantalarımızı hazır edək. Çalışın kəndlərə gedin. Uzaq şəhərlərə də köçə bilərsiniz. İstanbulun mərkəzinin sakitləşməyə ehtiyacı var”.
Ceylan Ertem özünün də kəndə köçüb orada yaşayacağını bildirib.