Bakıda təcili yardım maşını aşıb, xəsarət alan var

 Bakıda təcili yardım maşını aşıb, xəsarət alan var

Bakıda təcili yardım avtomobilinin aşması nəticəsində bir nəfər xəsarət alıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin aşması nəticəsində sürücü baş nahiyəsindən xəsarət alıb.

Məlumata görə, hadisə vaxtı sürücü maşında tək olub.

15:14 - 12 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin