Gəncədə iki tələbə dəm qazından zəhərlənib

 Gəncədə iki tələbə dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Emin Kovlalıyev və 2003-cü il təvəllüdlü Qalib Tsarev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə hər iki şəxs yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Onların tələbə olduğu bildirilir.

11:10 - 26 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin