Azyaşlı Turanın köməyinizə ehtiyacı var - Hesab nömrəsi

 Azyaşlı Turanın köməyinizə ehtiyacı var - Hesab nömrəsi

Qəbələ sakini Mirzəyev Turana təcili ilik köçürülməlidir. Maddi durumu çox zəif olan Turanın ailəsi isə imkansızlıqdan sözügedən proseduru həyata keçirə bilmir. Həkimlər Turana tez bir zamanda ilik köçürülmədiyi təqdirdə onu itirə biləcəklərini deyirlər. Körpəyə ilik köçürülməsi Türkiyədə aparılmalıdır. Bunun üçün isə ailəyə 83 min dollar məbləğində vəsait lazımdır. Turanın ailəsi sözügedən məbləği toplaya bilmədiyindən dövlətə, cənab Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya media vasitəsi ilə müraciət edir, övladlarının yaşaması üçün kömək istəyir. Ailə həmçinin artıq Turanın adına bank hesabı da açıb. Sizin göndərdiyiniz bir manat belə Turanın sağalmasına, onun həmyaşıdları kimi sərbəst oyunlar oynamasına, yatqdan qalxmasına kömək edə bilər. Ona görə də yardımlarınızı əsirgəməyin, ailənin sizin dəstəyinizə böyük ehtiyacı var. Hesab nömrəsi: 4169738877910152

15:10 - 25 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin