Biləcəridə şəkər xəstələrinə insulin verilmir

 Biləcəridə şəkər xəstələrinə insulin verilmir

Binəqədi rayonunda şəkər xəstələrinə dövlət tərəfindən verilən aylıq insulin ehtiyacının qarşılanmasında problemlər yaranıb.

Asayis.Az xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən 15 saylı poliklinikada xəstələrə hər ay qaydalı şəkildə verilən 4 insulin artıq verilmir.

Bu bar.ədə BAKU.WS-in qaynar xəttinə şikayət daxil olub.

Bildirilib ki, sözügedən poliklinikada fevral ayında insulun verilməsi prosesi həyata keçirilməyib.

TƏBİB-in xəstəxananı insulinlə təmin etmədiyi əsas gətirilərək dərmanların xəstələrə verilməsi dayandırılıb.

11:36 - 25 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin