Abşeronda avtomobil aşıb

 Abşeronda avtomobil aşıb

Abşeron rayonunda avtomobil aşıb.

Hadisə rayonun Xırdalan şəhəri, Masazır dairəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 77-BL-360 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq, digər maşına çarpılıb və sonra aşıb.

Hadisə yerinə polis əməkdaşlar cəlb edilib, sürücü avtomobildən çıxarılıb.

Nəticədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.


14:37 - 11 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin