Bakıda boşanmaq istəyən qadını zorla qaçırtdılar

 Bakıda boşanmaq istəyən qadını zorla qaçırtdılar

Bakıda boşanmaq istəyən qadın həyat yoldaşı və ailəsi tərəfindən qaçırılıb.

Asayis.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Görüntülərdə 3 nəfərin qızı zorla "Opel" markalı avtomobilə mindirdiyi görünür.

Daxili İşlər Nazirliyi Bakıda qadının qaçırılmasına dair görüntülərə münasibət bildirib. DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov deyib ki, görüntülər araşdırılıb. Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, qadının atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.

Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

 

17:20 - 24 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin