Azərbaycanda dörd nəfər 13 yaşlı qızı zorladı

 Azərbaycanda dörd nəfər 13 yaşlı qızı zorladı

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.

Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, azyaşlının atası dünyasını dəyişib, ana isə xəstəxanadadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Asayis.Az-a verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.

16:39 - 24 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin