Manaf Ağayev qəzaya düşdü: "Maşın 5 dəfə fırlandı"

 Manaf Ağayev qəzaya düşdü:

Müğənni Manaf Ağayev bir müddət öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.

İfaçı "Tam vaxtıdır" verilişində bildirib ki, qəzadan sağ çıxması möcüzədir:

"Elə bir avtomobil qəzası keçirmişəm ki... Onun içindən sağ çıxmaq möcüzə idi. Maşınla gedəndə sürücü əyləci basmışdı, maşın 4-5 dəfə fırlanıb aşmışdı. Maşın dayanan kimi ordan çıxdım, alnıma şüşə batmışdı. Elə bilirdim ki, yuxu görürəm. Şükürlər olsun ki, sağ çıxdıq. Amma maşın ələ gəlmədi, tulladıq".//lent.az

 

14:30 - 5 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin