Miktoavtobus yük maşınına çırpıldı, bir nəfər ağır yaralandı - Baş DYP - FOTO

 Miktoavtobus yük maşınına çırpıldı, bir nəfər ağır yaralandı - Baş DYP - FOTO

Bu gün səhər saat 08:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Asayis.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, “Mercedes” markalı, 77-GA-219 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol çiynindən yolun hərəkət hissəsinə çıxmaq istəyən “Atego” markalı, 99-JL-056 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

12:32 - 24 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin