Rayonlarda yeni iş yerləri açılır - VİDEO

 Rayonlarda yeni iş yerləri açılır - VİDEO

"Hazırda 32 rayonda 239,3 min hektar ərazidə layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir və onlardan 44-ü artıq fəaliyyət göstərir".

Asayis.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda deyib.

"Bu aqroparklarda 5 min nəfərədək daimi işçi var. 5500-dən çox insan isə mövsümi işlərə cəlb olunur. Ümumilikdə 10 minə yaxın insanın daimi işlə təmin olunacağı nəzərdə tutulur", - deyə nazir müavini əlavə edib. 

17:53 - 23 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin