Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

 Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiya Müdafiə Nazirliyinin təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Asayis.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqramda yazıb.

Qubernator sözlərinə görə, hazırda hadisə yerində istintaq qrupu və ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyət göstərir.

Məlumata görə, qəzaya uğrayan "Su-25" qırıcısı olub.

Təyyarənin pilotu katapult edərək sağ qalıb.

16:45 - 23 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin