Narkotik çəkib maşın sürən 4 nəfər saxlanıldı

 Narkotik çəkib maşın sürən 4 nəfər saxlanıldı

Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.

Asayis.az xəbər verir ki, DYP əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı yol hərəkəti qaydalarını pozan bir neçə sürücü saxlanılaraq barələrində qanunamüvafiq tədbir görülüb. Qayda pozanlar arasında 4 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən Etibar Cəfərov, Ruslan Muradov, Aqşin Əsgərzadə və Valeh Aslanovun narkotik vasitədən istifadə etmələri məlum olub. Həmin şəxslər barəsində materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Cəfərov 5 sutka müddətində inzibati qaydada həbs, R. Muradov 8 ay müddətinə sürüclük hüququndan məhrum, A. Əsgərzadə və V. Alsanov müxtəlif məbləğlərdə cərimə edilib.

 

15:15 - 23 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin