Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotik satan şəxs saxlanılıb - VİDEO

 Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotik satan şəxs saxlanılıb - VİDEO

Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüsal Zülfəliyev saxlanılıb. Bu şəxsdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə onlayn yolla aldığını bildirib.

Vüsal Zülfəliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

16:50 - 22 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin