Yol polisi "özünü yandırmaq" istəyən qazini cərimələdi - FOTO

 Yol polisi

Fevralın 9-u axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində rayon dövlət yol polisi şöbəsinin əməkdaşları “Naz Lifan” markalı avtomobilin sürücüsünü saxlayıb.

Avtomobilin saxlanmasına səbəb sürücünün maşına sayrışan işıqlar quraşdırması, dövlət nömrə nişanı olmadan idarə etməsi, o cümlədən avtoxuliqanlıq hərəkətləri edərək sürət həddini aşması, svetoforun qırmızı işığında keçərək digər hərəkət iştirakçılarına təhlükə yaratması olub.

Saxlanılan zaman qazi olduğunu iddia edən şəxs YPX əməkdaşları ilə mübahisə edib. Hətta özünü yandıracağı ilə hədələyib. Hadisə yerinə Post Patrul Xidməti əməkdaşları dəvət olunub və avtomobil duracağa aparılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücü barəsində qanunamüvafiq qaydada inzibati tənbeh tədbiri görülüb.

16:25 - 10 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin